Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
05 İyun 2026
Ukraynada müharibə başlayandan bəri Rusiyanın hücumları nəticəsində 707 uşaq ölüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Rusiya tərəfindən öldürülən uşaqların anım günü” ilə bağlı “X” hesabında yazıb.
Zelenski müharibə nəticəsində minlərlə uşağın xəsarət aldığını, qaçırıldığını və taleyinin naməlum olduğunu bildirib.