Logo
news content
User
Kateqoriyalar

Xəbər

BƏƏ sahillərində tankerdən neft sızması baş verib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ümmül-Qeyveyn əmirliyinin sahillərində tankerdən neft sızması qeydə alınıb.

Bu barədə "Reuters" agentliyi ölkənin İqlim Dəyişikliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, mütəxəssislər vəziyyəti qiymətləndirib təhlükəsizliyin təmin edilməsi və dəniz mühitinin qorunması üçün zəruri tədbirləri müəyyənləşdirənədək Ümmül-Qeyveyn əmirliyində bütün çimərliklər və sahilyanı ərazilər bağlanıb.

Neft sızmasının hansı şəraitdə baş verdiyi və ətraf mühitə yayılan neftin dəqiq miqdarı barədə məlumat verilməyib.

Gəmilərlə bağlı insidentlər haqqında məlumat yayımlayan Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə son 24 saat ərzində BƏƏ sahillərində hər hansı hadisə barədə məlumat yaymayıb.