Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada müəmmalı qəza: Xerson "qubernatorunun müavini" necə öldü?

Qondarma Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov avtomobil qəzasında dünyasını dəyişib.

TASS xəbər verir ki, bu barədə vilayət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.

Xerson vilayətinin Səhiyyə Nazirliyi Stremousovun ölümü ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.

Stremousov Rusiya tərəfindən Xerson vilayətinin tutulmasından sonra vəzifəyə təyin olunub. Sentyabrın 28-də o, Rusiya pasportunu alıb.