Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada kimsəsiz qalan yaşlı azərbaycanlı: Məmməd kişi yaxınlarına səsləndi - VİDEO

kraynanın Zaporojye vilayətinin işğaldan azad olunan ərazisindən qaçqın düşən azərbaycanlı ölkəmizdəki yaxınlarından kömək istəyir.

Hazırda Lvov şəhərində kimsəsiz qalan həmyerlimiz pansionata yerləşdirilib.

1951-ci il təvəllüdlü əslən Gəncədən olan Məmmədov Məmməd Bəytulla oğlu 36 ildir Ukraynanın Zaporojye vilayətində yaşayır və ixtisasca həkimdir.

O, müharibə başlayandan sonra yaşadığı yeri tərk edərək Ukraynanın qərbinə qədər gələ bilib.

Məmməd hazırda Lvovda kimsəsizdir və Azərbaycana gəlmək istəyir.

Həmyerlimizin yaxınlarına səsləndiyi süjeti təqdim edirik: