Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serbiyada seçkilərdə "Tələbə siyahısı" qalib gəlib, Vuçiç məğlub olduqlarını açıqlayıb

Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 96 %-i hesablanıb, "Tələbə siyahısı" 52,9 % səslə qalib gəlib.

Bu barədə Azad Seçkilər və Demokratiya Mərkəzi (CeSID) və "Ipsos" agentliyi birgə məlumat yayıb.

Yekun nəticəyə görə, "Aleksandar Vuçiç - Vahid Serbiya" siyahısı seçkilərdə 38,8 % səs toplayıb.

Azlıqların siyahılarından parlamentə həmçinin üç mandatla Voyvodina Macarları İttifaqı (SVM), iki mandatla Alban koalisiyası, eləcə də hərəyə bir mandatla Sancaq Demokratik Partiyası və Sancaq Demokratik Fəaliyyət Partiyası daxil olacaq.

Mandatların bölüşdürülməsinin yekun proqnozuna əsasən, "Tələbə siyahısı" 140 mandat, "Aleksandr Vuçiç - Vahid Serbiya" siyahısı isə 103 mandat qazanıb.

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç liderlik etdiyi "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" seçki siyahısının keçirilən növbədənkənar parlament seçkilərində məğlub olduğunu bildirib.

Vuçiç Serb Tərəqqi Partiyasının seçki qərargahında çıxışı zamanı yekun nəticələrin hələ məlum olmadığını, lakin mövcud məlumatlara əsasən, seçkiləri uduzduqlarının aydın olduğunu deyib.

O bildirib ki, "Tələbə siyahısı"nın 135–140, özünün rəhbərlik etdiyi siyahının isə təxminən 105 mandat qazanacağı gözlənilir.

"Yekun nəticələrimiz yoxdur. Çoxları təəccüblənəcək və bəzilərinin nə qədər yalan danışdığını, nələr uydurduğunu anlayacaqsınız. Bildirmək istəyirəm ki, tələbə-blokada tərəfdarlarının siyahısı qalib gəlib. Onlar 135–140 mandat, biz isə təxminən 105 mandat əldə edəcəyik", – Vuçiç qeyd edib.

O əlavə edib ki, Voevodina Macarlarının İttifaqı da parlamentdə təmsil olunacaq.

Vuçiç bundan sonra mübarizəni davam etdirəcəklərini və müxalifətin kim olduğunu göstərəcəklərini bildirib.