Ukraynada keçmiş hərbçi azərbaycanlı ailəyə atəş açıb, 1 nəfər ölüb
03 Sentyabr 2025
Ukrayna ordusunun keçmiş hərbçisi satdığı oduna endirim etməkdən imtina edən azərbaycanlı ailəyə atəş açıb.
Mübahisə zamanı o, azərbaycanlı ailənin satdığı bu odunlar üçün döyüşdüyünü deyib. Daha sonra silahla qayıdaraq ata və oğlunu güllələyib.
28 yaşlı Rəhimov İsmayıl Fərman oğlu yerindəcə keçinib, atası yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs saxlanılıb.