Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada helikopter qəzaya uğrayıb, ekipaj həlak olub

İvan Kozhedub adına Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin təlim aviasiya briqadasında Mi-2 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu haqda UNİAN agentliyi məlumat yayıb.

Məlumata görə, helikopterin iki nəfərdən ibarət ekipajı həlak olub.

Hadisə yerində ekspertlər və Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir.