Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada hava zərbəsi nəticəsində azərbaycanlı ailənin 3 üzvü həlak olub

Rusiya hərbi qüvvələrinin Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azərbaycanlı ailə həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

“Bu gün Rusiyanın Ukraynanın Xerson şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Cəbrayıl rayonundan olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və uşaqları həlak olub.

Biz dərin hüznlə başsağlığı verir və bütün dünyanı susmamağa çağırırıq!

Allah ölənlərə rəhmət eləsin!”, - səfir sosial şəbəkə hesabında yazıb.