Ukraynada döyüşən “Arbat” erməni batalyonunun yaradıcısı Moskvada partladıldı
03 Fevral 2025
Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.
Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində, Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan ağır yaralanıb və müdaxilələrə baxmayaraq, ölüb.
Rusiya teleqram kanallarının yaydığı son məlumata görə, partlayıcı qurğunun qəlpələri Sarkisyanın bir ayağını qoparıb.
Sarkisyanla bərabər, daha 5 nəfər yaralanıb.
Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli sui-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.