Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada dəhşətli yol qəzasında 27 nəfər öldü - YENİLƏNİB-VİDEO



Ukraynanın Roven vilayətində Kiyev-Çop şosesində ağır yol qəzasının baş verdiyi yerdə 27 nəfərin meyiti tapılıb.

Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

“Roven vilayətində mikroavtobus, yanacaq daşıyan maşın və sərnişin avtobusunun toqquşduğu dəhşətli qəzada müstəntiqlər 27 nəfərin meyitini aşkarlayıb. Avtobusda olan 38 sərnişindən yalnız 12-si sağ qalıb. Yanacaq daşıyan maşının sürücüsü sağ qalıb, lakin vəziyyəti ağırdır”, - Qeraşenko çərşənbə axşamı teleqram kanalında yazıb.

02.15

Ukraynanın Rivne bölgəsində sərnişin avtobusu, minik avtomobili və yanacaq daşıyan maşını toqquşub.

UNİAN  xəbər verir ki, hadisə 16 nəfər ölüb, daha on nəfər yaralanıb.

Qəza Dubenski rayonunun Sıtnoye kəndi yaxınlığında baş verib.

Hadisə Kiyev-Çop magistralında avtomobillərin hərəkətinin tamamilə dayanmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.