Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada cəmi üç atom elektrik stansiyası salamat qalıb

Üç atom elektrik stansiyası istisna olmaqla Ukraynanın bütün elektrik stansiyaları bu və ya digər dərəcədə zədələnib.

Bunu “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Volodimir Kudritski bildirib.

“Bizim demək olar ki, heç bir SES və İES-imiz qalmayıb, Ukrayna hökumətinin nəzarətində olan ərazidə yerləşən üç atom elektrik stansiyası (Roven, Xmelnitski, Cənubi Ukrayna) istisna olmaqla, bütün digər iri elektrik stansiyaları zədələnib”, - deyə Milli Media Mərkəzində keçirilən brifinqdə bildirilib.

Qeyd edək ki, bunadək Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin enerji sisteminin demək olar ki, 50%-nin sıradan çıxdığını bildirmişdi.