Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada bu dəfə ballistik raket yaradıldı - Sınaq uğurlu olub

Ukrayna öz ballistik raketini uğurla sınaqdan keçirib.

“RBC Ukrayna” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.

“Ukraynanın ilk ballistik raketinin sınağı müsbət olub”, - o vurğulayıb.

V.Zelenski təfərrüatları açıqlaya bilməyəcəyini söyləyib.

Ukrayna Prezidenti, həmçinin “Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.

Qeyd edilir ki, böyük ölçülü "Palyanitsa" dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.