Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada “Bayraktar” zavodunun tikintisi təsdiqləndi

“Türkiyənin “Bayraktar” şirkəti Ukraynada dron istehsalı üçün zavod tikəcək. Şirkət artıq qeydiyyatdan keçərək torpaq sahəsi alıb”.

Bu barədə ölkənin Türkiyədəki səfiri Vasili Bodnar RBC-Ukraynaya müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, bir həftə əvvəl hökumət zavodun tikintisi ilə bağlı ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib:

“Bu zavodda istehsal ediləcək modellərin əhəmiyyətli bir hissəsində Ukrayna istehsalı olan komponentlər olacaq. Bura mühərriklər, təkərlər, digər ehtiyat hissələri, yüksək texnologiyalı bir çox başqa detallar daxildir ki, bunlardan sözügedən təyyarələr üçün istifadə edilə bilər”.