Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub

Ukraynada azərbaycanəsilli Timur Tkaçenko (Məmmədov) Kiyev vilayətinə rəhbər təyin olunub.

Bununla bağlı Ukrayna Nazirlər Kabineti Prezident Volodimir Zelenskinin təqdimatını təsdiqləyib.

T. Tkaçenko Ukraynada Azərbaycan diasporunun fəallarından olmuş Firudin Məmmədovun oğludur.

Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko bundan əvvəl Strateji Sənayelər Nazirliyində nazir müavini vəzifəsini tutub, daha sonra Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.