Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada Azərbaycan əsilli polis əməkdaşı həlak olub

Mənbə: Report

Ukrayna Milli Polisinin Dnepropetrovsk üzrə idarəsinin mayoru, Azərbaycan əsilli Qurbanov Çingiz Sahib oğlu Donetsk vilayətində həlak olub.

42 yaşlı Çingiz Qurbanov Donetsk vilayətində xidməti məzuniyyət zamanı dron hücumuna məruz qalıb və hadisə yerində həlak olub.

S. Qurbanov Ukraynanın Dnepropetrovsk vilayətinin Kirovoy-Roq şəhərində doğulub, böyüyüb.