Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna tərəfi: Ordunu yaxın vaxtlarda ağır döyüşlər gözləyir

Yaxın günlərdə Ukrayna hərbçilərini Donetsk, Luqansk, Xarkov vilayətləri istiqamətində ruslarla ağır döyüşlər gözləyir. “Ukrainska Pravda” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib,.

“Donetsk, Luqansk, Xarkov vilayətləri istiqamətində Rusiya Federasiyasının böyük qoşun qruplaşması toplaşır. Onlar dayanmağa hazırlaşmırlar... Onlar yenidən qruplaşacaqlar. Onlar bu istiqamətdə Silahlı Qüvvələrimizə böyük problemlər yaratmaq istəyirlər və biz də yaxın vaxtlarda orada ərazimiz uğrunda qızğın döyüşlərin aparılacağını gözləyirik”.