Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna tərəfi müharibədə hərbi itkilərinin sayını açıqladı

Rusiya-Ukrayna müharibəsində Ukrayna 13 min hərbçi itirib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Kanal 24”ün efirində bildirib.

“Bizdə Baş Qərargahın rəsmi qiymətləndirmələri var. Ölənlərin sayı 10 mindən 12,5-13 minədəkdir. Yəni biz açıq şəkildə ölənlərin sayından danışırıq”, - M.Podolyak bildirib.

Prezident Ofisinin rəsmisi vurğulayıb ki, ölkənin hərbi itkiləri mülki itkilərdən əhəmiyyətli dərəcədə azdır.