Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna tərəfi itkilərinin sayını açıqlayıb

“İtkilərimiz 9 min nəfərdən çoxdur”.

“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, bu, dəqiq rəqəm deyil: “Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.

A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:

“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.