Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Silahlı Qüvvələri "Stuqna"dan rus helikopterini vurub - VİDEO

Aprelin 5-də Ukraynanın 95-ci briqadasının hərbçiləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında düşmənə məxsus Ka-52 helikopterini Ukrayna istehsalı olan “Stuqna” raketi ilə vurublar.

Bu barədə Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram kanalında məlumat verib.

"Bu kadrlara baxın! Dişinə qədər silahlanmış ən müasir rus helikopteri bizim oğlanları öldürmək üçün havaya qalxdı. Amma son nəticədə dəmir parçasına çevrildi", - onun məlumatında deyilir.

Geraşenko həmçinin əlavə edib ki, atəş nəticəsində iki rusiyalı pilot məhv edilib.

https://www.youtube.com/watch?v=XzFHgl1JXag

Bundan əvvəl ukraynalı hərbçilər İzyum istiqamətində ilk dəfə olaraq ruslardan müsadirə etdikləri güclü “Solntsepek” ağır alovsaçan  sistemdən düşmənin özünə qarşı istifadə ediblər.