Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Silahlı Qüvvələri: Rusiyanın 5 silah-sursat anbarı dağıdılıb, 500 əsgəri öldürülüb

Son sutka ərzində Ukraynanın cənubunda Rusiya ordusunun 5 silah-sursat anbarı dağıdılıb.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat verib.

Qeyd olunub ki, həmçinin Rusiya ordusunun 43 hərbçisi, 3 tankı məhv edilib: “Son sutkada, həmçinin Xersona vilayətində qarşı tərəfin "Su-25" hücum təyyarəsi vurulub”.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Nikolayev və Odessa vilayətlərində Rusiya Ordusunun 2 Şahed-136 kamikadze pilotsuz təyyarəsini məhv edib.

Son sutkada Rusiya ordusunun 500 hərbçisi də məhv edilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 57 200-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 290 tank, 4 857 zirehli döyüş maşını, 1 369 artilleriya sistemi, 330 reaktiv yaylım atəşi sistemi, 172 hava hücumundan müdafiə sistemi, 260 təyyarə, 224 helikopter, 970 PUA, 241 qanadlı raket, 15 gəmi, 3 711 avtomobil texnikası və avtosistern, 131 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Natalya Qumenyuk qarşı tərəfin son vaxtlar hərbi fəaliyyətlə bağlı problemlərinin olduğunu bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin sonuncu məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 midən çox insan isə yaralanıb.