Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyanın Xersonda silah-sursat anbarını vurdu - VİDEO

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.

Ukrayna mediası xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.

Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb. Rusiya bəyan edib ki, zərbə zamanı həlak olanların ailələrinə 2 milyon rubl, xəsarət alanlara isə 400 min rubl həcmində təzminat ödəniləcək.

Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.