Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna: Rusiyanın 8 hava hədəfi məhv edilib

Son sutkada Ukraynanın Hərbi Hava Qüvvələri və Quru qoşunları Rusiyanın 8 hava hədəfini – bir təyyarəsini, bir qanadlı raketini və 6 əməliyyat-taktiki PUA-sını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada Ukrayna hərbçiləri Donetsk və Luqansk vilaylətlərində Rusiyanın 6 hücumunun qarşısını alıb, 5 tankını, bir artilleriya sistemini, 22 zirehli texnikasını, bir avtomobilini və bir zenit qurğusunu zərərsizləşdirib:

“Rəqib müvəqqəti işğal etdiyi Krımla quru dəhlizinə, Donetsk və Luqansk vilayətlərinə tam nəzarəti ələ keçirmək məqsədilə Şərq əməliyyat zonasından hücumu davam etdirir. Rusiya qoşunları praktiki olaraq bütün istiqamətlərdə intensiv atəşə açır”.

Məlumata görə, Rusiya Melitopol aerdromundan “Su-25” hücum təyyarələrinə, “Ka-52” zərbə və “Mi-8” nəqliyyat-döyüş helikopterlərinə baza kimi istifadə edir.