Ukrayna-Rusiya danışıqları sabaha qaldı
14 Mart 2022
Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu keçirilib.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. Müzakirələr videoformatda aparılıb.
O, qeyd edib ki, işçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib.
“Danışıqlar davam edir...”, - o əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Podolyak danışıqların çətin keçdiyini bildrimişdi.
"Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir", - o qeyd edib.