Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna qəti mövqeyini açıqladı - Rusiya ilə sülh müqaviləsi bir şərtlə imzalana bilər

Rusiya ilə sülh müqaviləsi yalnız Rusiya qoşunlarının 23 fevrala qədər nəzarət altında saxladığı Ukrayna ərazilərinə geri çəkilməsindən sonra imzalana bilər.

Bu barədə “RBK-Ukraina” saytına müsahibəsi zamanı Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən David Araxamiya deyib.

“Biz müqavilənin şərti imzalanma mərhələsinə, yaxud mövzunu ciddi müzakirə edəcəyimiz məqama çatsaq, o zaman onlar torpaqlarımızdan getməli olacaqlar. Və onda artıq biz sənədi imzalamaq, baxmaq, yaxud paraflamağa başlayacağıq”, - Araxamiya bildirib.

O, sülh müqaviləsinin hər detalının ayrı-ayrılıqda hazırlandığını, amma kompleks imzalanacağını vurğulayıb.

“Əgər bu olmasa, danışıqlar bütün mənasını itirir”, - Araxamiya qeyd edib.