Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna prokurorluğu: Azad edilmiş ərazilərdə çox sayda meyit aşkar edilib

İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində öldürülmüş ukraynalıların 700-dən çox meyiti tapılıb.

Bu statistikanı Ukraynanın ədliyyə naziri Andrey Kostin məlumat verib.

“İşğaldan azad olunmuş Xarkov, Donetsk və Luqansk vilayətlərində 2 ayda 700-dən çox meyit aşkar edilib. Onlardan 90%-i mülki şəxslərdir. İnsanlara işgəncə verilən 20 yer aşkar edilib” - deyə nazir qeyd edib.