Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Prezidentinin Ofisi: Rusiya təslim olmalıdır, müharibə dayandırılmayacaq

“Rusiya üçün təslim olmaq və geri çəkilmək yeganə ssenaridir”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviter səhifəsində yazıb.

O, Ukraynanın müharibədəki məqsədini açıqlayıb: “Qələbəmiz və Rusiyanın kapitulyasiyası bizim məqsədimizdir. Bu, qaçılmaz gələcəkdir”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə Ukrayna ordusunun son günlər genişlənən əks-hücum əməliyyatlarını şərh edib. O, bu barədə tviter səhifəsində yazıb.

“Beləliklə, Ukrayna öz ərazilərini işğaldan azad etmək qabiliyyətini sübut etdi. İkincisi, biz Qərb silahlarından səmərəli istifadə etdiyimizi göstərdik. Bundan sonra münaqişənin dondurulması prosesi olmayacaq”, - M.Podolyak bildirib.

Müşavir qeyd edib ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır.