Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Prezidenti: Ultimatim dili qəbuledilməzdir

Volodimir Zelenski Avropa KİV-lərinə müsahibəsində Rusiyanın ultimatumlarının Ukrayna üçün qəbuledilməz olduğunu bildirib.

Ukrayna liderinin sözlərinə görə, onları yalnız Ukrayna məhv ediləcəyi təqdirdə qəbul etmək olar.

“Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Hamımızı məhv etmək lazımdır, o zaman onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkov, Mariupol və ya Kiyevi vermək. Nə Xarkov, nə Mariupol, nə Kiyev sakinləri, nə də mən, prezident, biz bunu edə bilmərik”, - deyə Zelenski bildirib.

UNIAN xatırladır ki, daha əvvəl Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb. Onların arasında Ukraynanın neytral statusu, Krımın Rusiya ərazisi kimi tanınması və “LXNR”nin müstəqilliyi var.