Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Xersonda yeni əraziləri azad etdi

Ukrayna ordusu Xerson vilayətinin şimalında Olgino kəndini azad edib.

“Strana” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri daha 3 yaşayış məntəqəsini azad edib. Lakin bu ərazilər barədə məlumatı ilk olaraq Baş Qərargah açıqlamalıdır.

Arestoviç, həmçinin hesab edir ki, 3-4 həftədən sonra Xerson istiqamətində Rusiya üçün vəziyyət pisləşəcək.

Xatırladaq ki, Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini, Donetsk vilayətinin Ozernoe kəndini dəazad edib.