Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Sniqeryovka şəhərini geri aldı, Nikolayev vilayəti tam azad edilib - VİDEO

Ukrayna Nikolayev vilayətini tam nəzarətə götürüb.

UNIAN xəbər verir ki, bu barədə Ali Radanın deputatı Roman Kostenko bildirib.

Məlumata görə, vilayətin yeddi yaşayış məntəqəsi də Ukrayna ordusunun nəzarətinə keçib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 12 yaşayış məntəqəsini nəzarətə götürüb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusu Nikolayev vilayətinin strateji əhəmiyyətli Sniqeryovka şəhərini geri qaytarıb. Bu şəhər uğrunda uzun sürən gərgin döyüşlər gedib. Sniqeryovkanın azad edilməsi Ukrayna ordusuna hücumu genişləndirmək və həmlə ilə 60-a yaxın yaşayış məntəqəsini azad etmək imkanı verir.