Ukrayna ordusu Rusiyanın dərinliklərinə yeni zərbələr endirməyə hazırlaşır
01 Sentyabr 2025
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın dərinliklərinə yeni zərbələr endirməyə hazırlaşır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Facebook" səhifəsində yazıb.
“Ukraynanı qorumaq üçün aktiv əməliyyatlarımızı davam etdirəcəyik. Qüvvələr və vasitələr hazırdır. Yeni diplomatik zərbələr də planlaşdırılıb”, – deyə Zelenski qeyd edib.