Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Ordusu Rusiyanın 5 istiqamətdə hücumlarını dəf edib

Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Rusiya ordusu Xarkov, Slavyansk, Kramatorsk, Baxmut, Cənubi Buq istiqamətlərində tanklardan, minaatanlardan və artilleriyadan atəş açıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Rusiya təkcə Cənubi Buq istiqamətində 26-dan çox yaşayış məntəqəsini atəşə tutub: “Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 9 məntəqə, həmçinin 3 dayaq məntəqəsi və zenit-raket komplekslərinin 2 mövqeyi məhv edilib”.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir “Su-24” təyyarəsini, üç qanadlı raketi və bir politosuz uçuş aparatını məhv edib.