“Ukrayna ordusu martın ikinci yarısında əks-hücuma keçə bilər" - Politoloq
18 Yanvar 2023
"Əlavə hərbi texnikanın tədarükünü nəzərə alsaq, martın ikinci yarısında Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləmək olar".
Bunu ukraynalı politoloq Yuri Rayxel deyib.
Şiddətli döyüşlərin davam etdiyi Ukraynanın Soledar və Baxmut şəhərləri ətrafında yaranmış vəziyyəti şərh edən politoloq vurğulayıb ki, hazırda həm Ukraynada, həm də Rusiyada bütün diqqətlər ilk növbədə Soledara yönəlib.
"Bu şəhər Baxmutdan, təxminən, 16-20 km aralıda yerləşir. Rusiya komandanlığı Baxmuta hücumun mənasız olduğunu başa düşdükdə cənub istiqamətində şəhərdən yan keçməyə çalışdı, lakin buna nail olmadı, indi isə Baxmutu şimaldan, Soledar vasitəsilə mühasirəyə almağa çalışırlar. Həmin istiqamətdə düşmənin böyük qüvvəsi, xüsusən də “Vaqner” ÖHŞ, eləcə də Rusiya ordusunun qalan desant bölmələri cəmləşib”, - politoloq bildirib.
Onun sözlərinə görə, Soledar uğrunda gedən gərgin döyüşlər nəticəsində Ukrayna qoşunları qərbə - müdafiə üçün daha əlverişli mövqeyə çəkilib: “Bu, çayın daha hündür sahilidir, həm də oradan dəmiryolu xətti keçir”, - o deyib.
Politoloq qeyd edib ki, Soledar uğrunda döyüşlər birbaşa Baxmut ətrafındakı vəziyyətlə bağlıdır: “Rusiya hərbi rəhbərliyinin fikrincə, hərbi-strateji baxımdan Baxmutun ələ keçirilməsi Kramatorska və oradan isə Donetsk vilayətinin qərbinə doğru irəliləməyə yol aça bilər. Onların qarşısında Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmaq məqsədi qoyulmuşdu, lakin buna nail ola bilmədilər. Bunu Avdiyivka vasitəsilə etməyə çalışdılar, amma alınmadı və indi isə bu strateji vəzifəni hansısa yolla həll etmək üçü son ümid kimi Baxmut-Soledar istiqamətində Ukrayna qoşunlarını mühasirəyə almağa çalışırlar. Bunu tam şəkildə həll etmək mümkün deyil, çünki Baxmut və Soledarın qərbində Ukraynanın güclü möhkəmləndirilmiş mövqeləri var.
Rusiya rəhbərliyinin qarşısında duran daha bir vəzifə təbliğat məqsədi daşıyır. Makiivka ətrafındakı itkilərdən sonra Rusiya tərəfi Baxmuta, indi isə Soledara hücumda, təxminən, 30 min insan itirdi. "Vaqner" ÖHŞ-nin demək olar ki, 40 faizi Soledar ətrafında məhv edilib, bu isə böyük itkidir. Amma təbii ki, Rusiya televiziyasında bu barədə danışmayacaqlar, “uğurla" irəlilədiklərindən bəhs edəcəklər".
Soledar-Baxmut istiqamətinin daha bir əhəmiyyəti onun şimal-şərqində Kremennaya-Svatovo strateji əhəmiyyətli nöqtəsinin yerləşməsi ilə bağlıdır, belə ki, bu istiqamətdə Ukrayna ordusunun hücumu inkişaf edir. "Kremennayanın azad edilməsi, ilk növbədə, Ukrayna ordusuna hazırda Soledarda olan rus qoşunlarını mühasirəyə almaq imkanı verəcək. Onlar Ukrayna ordusunu mühasirəyə almağa hazırlaşırdı, amma indi özləri mühasirədə qala bilər. Svatovo-Kremennayanın azad edilməsi isə bilavasitə Luqanska hücuma şərait yaradacaq”, - Yuri Rayxel deyib.
Ukraynalı politoloq hesab edir ki, Rusiya komandanlığının Soledarı tutduqları və ona nəzarət etdikləri barədə açıqlamalarına baxmayaraq, əslində bu, sadəcə, taktiki gedişdir: “Əsgər və zabitlərimizin həyatı bizim üçün daha vacibdir, əraziləri isə düşmən gücdən düşdükdən, Xerson vilayətində olduğu kimi maddi-texniki təchizatı və logistikası pozulduqdan sonra azad edərik. Rusiyada qələbə təbilləri çalınmasına baxmayaraq, əslində vəziyyət onların düşündüyü qədər əlverişli deyil".
"Hadisələrin sonrakı gedişatının necə olacağı, Rusiyanın Soledarın qərb hissəsində növbəti hücum cəhdlərinin davam edib-etməyəcəyi çox vacibdir", - Rayxel deyib.
Onun sözlərinə görə, əks-hücum üçün Ukrayna qoşunları, çox güman ki, yanvarın 20-də Ramşteyndə müzakirə olunacaq əlavə hərbi yardımın gəlib çatmasını gözləyəcək.
"Görünən budur ki, Qərb Ukraynaya ağır zirehli texnika, o cümlədən tanklar, uzaqmənzilli artilleriya və raketlər verəcək. Əgər bu reallaşarsa və Ramşteyndə belə bir qərar qəbul edilərsə, böyük ehtimalla qarşıdakı 3-4 həftə ərzində Ukrayna qoşunları Donbasda, Xerson vilayətində Dnepr çayının sol sahilində, eləcə də Zaporojye bölgəsində Rusiyanın logistikasını poza və bir və ya bir neçə istiqamətdə əks-hücuma keçirə biləcək. Rusiya komandanlığı isə bundan çox qorxur və buna görə də səfərbər edilmiş, lakin kifayət qədər təlim görməmiş hərbçilərdən ibarət əlavə birliklər formalaşdırır və Zaporojye bölgəsində müdafiə mövqeyi tutmağa göndərir.
Ukrayna qoşunlarının Melitopol və Berdyansk istiqamətində irəliləməsi Dnepr çayının sol sahilində rus qoşunlarının tamamilə darmadağın edilməsini, Krımın qurudan təcrid olunmasını, Ukrayna qoşunlarının Azov sahillərinə çıxmasını təmin edəcək və bununla da, Rusiya ötən ilin yazında əldə etdiyi hər şeyi itirəcək”, - politoloq bildirib. (Report)