Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Kerç boğazında Rusiyanın patrul və əks-diversiya katerlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri (HDQ) aprelin 30-na keçən gecə Kerç boğazı rayonunda Rusiyanın "Sobol" və "Qraçonok" katerlərinə zərbə endirib.

UNİAN-ın verdiyi məlumata görə, bu barədə Ukrayna HDQ-dən bildirilib.

"Zərbə nəticəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin "Sobol" patrul-mühafizə və "Qraçonok" katerləri vurulub", - məlumatda deyilir.

Qeyd olunur ki, bu katerlər Rusiyanın Sahil Mühafizəsinin və Hərbi-Dəniz Donanmasının mühüm vahidləridir. Onlar, xüsusilə, Kerç körpüsünün mühafizəsi və diversiya qruplarına qarşı mübarizə üçün istifadə olunur.