Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu irəliləyir: Daha bir neçə yaşayış məntəqəsi azad edilib

Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.

Məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər. Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.

Qeyd edilir ki, Ukrayna hərbçiləri Luqansk istiqamətində Kremennaya şəhərinə doğru hərəkət edirlər.

Paralel olaraq Ukrayna ordusunun Xerson istiqamətində də hücumu davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib ki, Silahlı Qüvvələr Xerson vilayətində daha iki yaşayış məntəqəsini geri qaytarıblar.

Dövlət başçısı qeyd edib ki, 129-cu briqadanın döyüşçüləri cəbhədə yaxşı nəticələrlə fərqləniblər.

“(Ukraynalı müdafiəçilər-red) xüsusilə Arxangelsk və Mirolyubovkanı azad ediblər”, - Zelenski bildirib.