Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu daha 2 yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirərək daha iki yaşayış məntəqəsini azad edib.

“Ukraina online” xəbər verir ki, Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib.

Bunu Xarkov vilayəti Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır.

Bundan əlavə, Ukrayna hərbçiləri Xarkov vilayətinin Peski-Radkovski qəsəbəsi üzərində nəzarəti bərpa edib.

Qeyd olunur ki, müharibədən əvvəl qəsəbədə 2 minə yaxın insan yaşayıb. Peski-Radkovski Oskol çayının sol sahilində yerləşir.