Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Ordusu daha 2 yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Voloxov Yar və Verbovka yaşayış məntəqələrini işğaldan azad edib.

Bu barədə qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin şəxsi teleqram kanalında etiraf edib.

“Mənbələrim Milli Qvardiyanın hazırlığının acınacaqlı durumda olması ilə yanaşı düşmənə mümkün olan maksimum məsafələrdən atəş açmağa üstünlük verən Rusiya aviasiyasının hərəkətlərinin müstəsna ehtiyatlılığını da qeyd etdi ki, bu da zərbələrin effektivliyinə əhəmiyyətli dərəcədə təsir edib”, - İ.Girkin vurğulayıb.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində yerləşən Balakleya şəhəri yaxınlığında uğurlu əks-hücum əməliyyatı həyata keçirib. Bu barədə məlumat Ukrayna mediasında və teleqram kanallarında yayılıb.

Məlumata görə, əməliyyat zamanı Rusiya qoşunu Severski Donets və Srednyaya Balakleyka çaylarının sol sahilinə çəkilməli olub.