Ukrayna ordusu daha 1-2 km irəliləyib, 100 rus əsgəri əsir götürülüb - Sırskiy
14 Avqust 2024
Ukraynalılar RF-nin Kursk bölgəsində nəzarət zonasını genişləndirirlər.
Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk bölgəsində ən az iki yaşayış məntəqəsini nəzarəti altına götürüb və 1-2 kilometr irəliləyib. Eyni zamanda, 100-dən çox rus hərbiçisi əsir götürülüb. Bu barədə çərşənbə günü USQ-nin Baş Komandiri Aleksandr Sırskiy Ukrayna prezidentinə məruzə edib.
O, Sunca şəhərinin tamamilə təmizləndiyini və USQ-nin nəzarəti altında olduğunu təsdiq edib.
Eyni zamanda, ötən gecə Ukrayna aviasiyası RF-də Rusiya aviasiyasının Ukraynaya zərbə endirdiyi üç aerodromu - Savasleyka, Baltimor, Borisoqlebsk aerodromlarını bombalayıb. Ukrayna dronları bu aerodromlarda yerləşən bir neçə təyyarəni məhv edib.
Bu istiqamətə yeni silah və texnika göndərilməsinə baxmayaraq, Rusiya Ukraynanın hücumunun qarşısını ala bilmir.