Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu cənub cəbhəsində on kilometrlərlə irəliləyib

Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində bəzi yerlərdə on kilometrlərlə irəliləyib.





“Ukranews.com” xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalia Qumenyuk bildirib.

O, azad edilmiş ərazilərin adlarının tezliklə açıqlanacağını qeyd edib. Qumenyuk əlavə edib ki, təkcə sentyabrın 9-da Ukrayna hərbçiləri cənubda 70-dən çox işğalçını məhv edib, Nikopol rayonunu davamlı olaraq atəşə məruz qoyan 9 tank və 2 topu sıradan çıxarıb.