Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu bir qədər də irəliləyib - Cənubda yeni ərazilər azad edilib

Cənubdakı Ukrayna qüvvələri Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə doğru daha bir neçə kilometr irəliləyib.

UNİAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. Onun sözlərinə görə, cənub istiqamətində yeni şad xəbərlər var:

“Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki, onların adlarını açıqlamırıq”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatları zamanı müəyyən uğurlar əldə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov və Yujnobuqski istiqamətində 700 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.