Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu 20-dən çox yaşayış məntəqəsini azad edib, Xarkovda daha 2-sinə daxil olub

Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamada bildirilir.

"Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər.

Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.

Ümumilikdə, sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib, onlar tam nəzarətə götürülüb və sabitləşdirmə tədbirləri həyata keçirilir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya hərbçiləri öz səylərini Donetsk vilayətinə nəzarətin yaradılmasına, müvəqqəti ələ keçirilmiş ərazilərin saxlanmasına və müəyyən mövqelərdə Ukrayna qoşunlarının hücumunu dayandırmağa cəmləşdirir.

"Düşmən mövqelərimizi atəşə tutmaqda davam edir, havadan kəşfiyyat aparır və itirilmiş mövqelərin bərpası üçün tədbirlər görməyə çalışır", - Ukrayna ordusundan bildirilib.