Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Moskvaya ən böyük PUA hücumu təşkil edib

Ötən gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Ukraynaya məxsus 45 pilotsuz uçan aparatı (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kiyev rejimi ötən gecə Rusiya ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum həyata keçirməyə cəhd edərkən, növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən 45 təyyarə tipli PUA məhv edilib”, - deyə məlumatda bildirilib.

Bildirilib ki, onlardan 11-i Moskva vilayəti, daha 23-ü Bryansk vilayəti üzərində, altı qurğu Belqorod vilayəti, üçü Kaluqa vilayəti, ikisi isə Kursk vilayəti üzərində məhv edilib.

Qeyd edək ki, bu, müharibə başlayandan bu yana Ukraynanın Rusiya paytaxtına ən böyük PUA hücumudur.