Ukrayna Leninqrad vilayətində “Wildberries” şirkətinin anbarların vurub
24 İyul 2026
Ukrayna dronlarının hücumu nəticəsində Leninqrad vilayətində “Wildberries” şirkətinin anbarlarında yanğın baş verib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Qubernator üç nəfərin xəsarət aldığını bildirib.
Bundan başqa, daha bir dron Kirovski rayonunun Sinyavino kəndində quşçuluq fermasında anbara dəyib. Anbar uçsa da, xəsarət alan olmayıb.
Ukrayna Silahlı Qüvvələrinin dronları Sankt-Peterburqa da yönəldilib. Nəticədə Moskva şosesində yerləşən mülki obyektlərə zərbələr endirilib.
Leninqrad vilayətində Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 59 dronun vurulduğu bildirilir.