Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukrayna Krımı diplomatik yolla qaytara bilər” - Zelenski

Ukrayna müvəqqəti itirdiyi Krımı təkcə hərbi yolla deyil, həm də dialoq yolu ilə qaytara bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib.

Jurnalist Zelenskidən Ukraynanın Krımı öz tərkibinə qaytara bilib-bilməyəcəyini soruşub.

"Başqa şans yoxdur. Çıxış yolu yoxdur, əraziləri işğaldan azad etmək lazımdır. Ola bilər, Krım diplomatiya yolu ilə qaytarılsın", - Prezident vurğulayıb.

Onun sözlərinə görə, ukraynalıların əksəriyyəti bu məsələnin diplomatik yolla həllini dəstəkləyəcək.

Eyni zamanda, dövlət başçısı qeyd edib ki, Krımın qaytarılmasını müzakirə edəcək insanların adlarını və danışıqların nə vaxt başlaya biləcəyini deyə bilməz.