Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krasnodar limanını raketlə vurdu - Ciddi yanğın meydana çıxıb

Ukrayna Krasnodar diyarının Temryuk rayonundakı “Qafqaz” limanına hücum edib. 

Yerli teleqram kanalları məlumat yayıb ki, Ukrayna raketi "Conroe Trader" dəmiryol bərəsinə düşüb. Onun göyərtəsində neft sisternlərinin olduğu da məlumatlar arasındadır.

Artıq "Qafqaz" limanını raketlə vurması nəticəsində baş verən yanğına üçüncü dərəcə verilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Hazırda alovun söndürülməsinə 100-dən çox adam cəlb olunub.

Fövqəladə hallar xidmətindən verilən məlumata görə, həmin vaxt bərədə ola biləcək 5 nəfərin taleyi aydınlaşdırılır.

O da bildirilib ki, raketin düşdüyü gəmi-bərə “Qafqaz” limanının sularında batıb.

Limanın öz ərazisində yanğın mənbələrinin olmadığı açıqlanıb.

Hücumun Odessa vilayəti ərazisindən törədildiyi bildirilirb.