Ukrayna ilk "Freyja" RƏM sisteminin istehsalını 2027-ci ildə yekunlaşdıracaq
27 İyul 2026
Ukrayna özünün FREYJA (Freyja) raket əleyhinə müdafiə (RƏM) sisteminin yaradılmasını 2027-ci ilin birinci yarısında başa çatdırmağı planlaşdırır.
“Reuters” xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini David Aloyan bildirib.
Onun sözlərinə görə, söhbət Avropa raket əleyhinə müdafiə sisteminin prototipindən gedir.
D.Aloyan bildirib ki, tezliklə bu sistemin tədqiqatı və işlənib hazırlanması üzrə xərcləri qiymətləndirməli olan beynəlxalq rəhbər komitənin ilk iclası keçiriləcək:
"Belə qısa müddət ərzində işlədiyimiz üçün qarşımızda iddialı bir məqsəd var – gələn ilin birinci yarısında hazır MVP-yə (Minimal Viable Product və ya minimal həyat qabiliyyətli məhsul - red.) malik olmaq".
Ukrayna mediasının məlumatına görə, 10 Avropa ölkəsinin liderləri, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də 10-a yaxın müdafiə məhsulları istehsalçısı raket əleyhinə müdafiə koalisiyasına rəsmi olaraq start vermək üçün iki həftə əvvəl Parisdə keçirilən sammitdə bir araya gəliblər. Hazırda Ukrayna ölkədə Rusiyanın ballistik raketlərini vurmağa qadir olan yeganə sistem sayılan ABŞ-nin "Patriot" HHM sistemlərindən asılıdır.