Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ilə həmsərhəd Slovakiyaya NATO hissələri gətirilməyə başlayıb

Patriot hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə cavabdeh NATO hissələrinin ilk dəstələri Slovakiyaya gətirilib.

“Mən təsdiq etməyə şadam ki, bu hissələr tədricən Slovakiya Respublikasına köçürülürlər. Proses yaxın günlərdə davam edəcək”, - ölkənin müdafiə naziri Yaroslav Nad deyib. “Slovakiyanın müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirmək barədə müraciətimizə belə məsuliyyətlə yanaşdıqlarına və həqiqi müttəfiqlik nümayiş etdirdiklərinə görə mən Almaniya və Niderlanda təşəkkürümü bildirirəm”, - nazir əlavə edib.

O söyləyib ki, sistem Slovakiyanın mərkəzində “Sliaç” hərbi-hava bazasında yerləşdiriləcək.