Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov: “Ukrayna ilə danışıqlar mümkün deyil”

“Kursk vilayətinin ərazisinə hücumlar başlayandan sonra Ukrayna ilə heç bir danışıqlardan söhbət gedə bilməz”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Diplomat qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Kiyev arasında dialoqla bağlı öz mövqeyini aydın şəkildə ifadə edib.

O, indiki mərhələdə Rusiya ilə Ukrayna arasında dialoqun bərpasının qeyri-mümkün olduğunu deyib, həmçinin danışıqlar prosesinin qurulması üçün digər ölkələrlə təmasların olması barədə xəbərləri təkzib edib.