Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna hərbçiləri Rusiyanın partlayıcı anbarını məhv ediblər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Tula vilayətində Rusiya Silahlı Qüvvələrinin partlayıcı anbarını məhv edib.

Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.

Avqustun 30-na keçən gecə Baş Kəşfiyyat İdarəsinin qüvvələri Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən yeraltı partlayıcı maddələr olan anbarına hücum ediblər.

Qeyd olunur ki, Aleksin sakinləri güclü partlayışlar eşidiblər. Hücum yerinə hakimiyyət xeyli sayda yanğınsöndürən və təcili yardım maşınları göndərib.