Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib” - BMT

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib.

Bu barədə BMT-nin insan haqları üzrə ekspertləri birgə yazılı bəyanat yayıb.

Açıqlamada Ukrayna xalqının üçdə birinin müharibənin başlamasından sonra ölkəni tərk etdiyi vurğulanıb və çoxlu sayda qadın, uşaq, qoca və əlil qaçqının son dərəcə müdafiəsiz vəziyyətdə olduğu bildirilib.

Bildirilib ki, qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir və uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir.