Ukrayna dronu Qroznıda OMON bazasını vurub
15 Dekabr 2024
Rusiyanın Qroznı şəhərindəki OMON (polisin xüsusi məqsədli mobil bölməsi) bazasına təyyarə tipli dronlarla hücum olub.
Bu barədə UNIAN bildirib.
Həmçinin hücumun videosu yayılıb. Qeyd olunub ki, OMON-un bazası və ikinci alay hədəf alınıb.
Hücum və onun nəticələri barədə hələ ki rəsmi məlumat yoxdur.